Ekologiya
Qarın hündürlüyü 13 sm-ə çatdı - FAKTİKİ HAVA
Şahdağda qarın hündürlüyü 13 sm-ə çatıb.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 27-si saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahdağda 13 sm, Qrızda (Quba) 12 sm, Şərurda 8 sm, Ləzədə 4 sm, Şahbuzda 3 sm, Əlibəy (Zaqatala), Gədəbəydə 2 sm olub.
Balakən-Şəki zonasında 11-28 mm, Mərkəzi aran rayonlarında 17-24 mm, Quba-Qusar bölgəsində 9-20 mm, Qazax-Gəncə bölgəsində 6-17 mm, Lənkəran-Astara bölgəsində 6-13 mm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsində 3-10 mm, Naxçıvan MR-da 6-11 mm, Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək yağıntı qeydə alınıb.
Sarı xəbərdarlığa uyğun olaraq, şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Culfada 25 m/s, Kəlbəcərdə 23 m/s, Tovuzda, Şahdağda 20 m/s, Goranboyda 19 m/s, Lerikdə 18 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib.
Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Şamaxı, Quba, Qusar, Qrız, Xaltan, Lerik, Naxçıvan, Naftalan, Qobustan, Göyçay, Sumqayıtda duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10, Naxçıvan MR-da 4, Aran rayonlarında 11 dərəcəyədək isti, dağlıq rayonlarda isə 2 dərəcəyədək şaxta qeydə alınıb.
-
Hadisə20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi
-
Hadisə19:15Şəhid anası vəfat etdi - FOTO
-
Hadisə19:00Müharibə veteranı vəfat etdi - FOTO
-
Elm və təhsil18:09Bakı Qızlar Universiteti bağlanır? - Diplom məsələsi necə olacaq?-VİDEO
-
Region16:21Ermənistanda doğum sayı azaldı


























.jpg)













