MDB
Ukraynada sovet və rus adları olan küçələrin 96%-dən çoxunun adları dəyişdirilib
2022-ci ilin fevral ayından bəri Ukraynada adları Rusiya və Sovet tarixi ilə əlaqəli olan 30 mindən çox küçəyə yeni adlar verilib.
Publika.az xəbər verir ki, bu barədə "Dekolonizasiya. Ukrayna" hərəkatının portalında məlumat verilib.
Təşkilatın məlumatına görə, kampaniya başlamazdan əvvəl ölkədə 31.769 belə küçə olub. Hazırda onlardan yalnız 1.134-ü - 3,6%-i -orijinal adlarını saxlayıb. Buna görə də, adların dəyişdirilməsi 30.635 mülkə - ümumi sayın 96,4%-nə təsir edib.
Portal hərəkatın nümayəndələrinin sözlərinə istinadən bildirib:
"Bu, ölkənin müstəqillik tarixində ən böyük ad dəyişikliyidir. Ukraynada toponimiyanın dekolonizasiyası prosesinin başa çatdığını demək olar".
Ad dəyişiklikləri dalğası 2022-ci ilin fevral ayından sonra, Rusiya ilə mədəni və tarixi əlaqələrin kəsilməsi fonunda başlayıb. Əvvəllər Ukrayna hakimiyyəti sovet xadimlərinin abidələrini götürmək və yaşayış məntəqələrinin adlarını dəyişdirmək üçün oxşar kampaniyalar başlatmışdı.
Müəllif: Tural
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO
-
Sağlamlıq08:36İmmuniteti gücləndirən səkkiz tərəvəz: tərkibində nələr var?
-
ABŞ07:30Huanq xəyanətə görə işçilərindən üzr istədi
-
İdman06:46Keçmiş “Bars”a rəsmisindən “Real”a atmaca - “Dəli olurlar, biz isə zövq alırıq”
-
Magazin106:16"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə



































