Ekologiya
Sabah bəzi yerlərdə yağış yağacaq
Avqustun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər dağlıq və dağətəyi rayonlarda yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
-
Region06:16“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - VİDEO
-
İdman04:44Mbappe dubl etdi, "Real" darmadağınla qələbə qazandı - VİDEO
-
Hadisə02:12İsmayıllıda dəhşətli qəzada ölən və xəsarət alanın kimliyi məlum oldu - YENİLƏNDİ
-
Magazin100:45Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda romantik və ehtiraslı anlar sizi gözləyir
-
Avropa12 Sentyabr 23:48Çay sahilində iki metrlik anakonda tapıldı
-
MDB12 Sentyabr 23:12Tokayev Trampı səfərə dəvət etdi
-
Hadisə12 Sentyabr 22:48“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı / VİDEO










.jpg)


























