Ekologiya
Nazirlikdə iclas: qurumlara tapşırıqlar verildi - Foto
Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2024-cü ilin yekunlarına və 2025-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Publika.az xəbər verir ki, kollegiya iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf siyasətinə uyğun olaraq həyata keçirilən tədbirlər, qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görülən işlər barədə hesabat verilib, yeni il üçün prioritetlər müəyyənləşdirilib.
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirinin, həmçinin Nazirliyin struktur bölmələri və tabeli qurumlarının rəhbərlərinin “Yaşıl dünya naminə həmrəylik ili”ndə həyata keçirilən tədbirlər, ilin yekunları, rəqəmsal transformasiya sahəsində görülmüş işlər, ölkə ərazisində hidrometeoroloji şəbəkənin modernləşdirilməsi vəziyyəti, aparılan meşəbərpa tədbirləri, sürüşmə sahələrində ekzogen geoloji proseslərin inkişaf dinamikası və eyni zamanda digər sahələr üzrə hesabatları dinlənilib.
2025-ci ildə ölkədə keçirilməsi planlaşdırılan beynəlxalq və yerli tədbirlərə hazırlıqla bağlı müzakirələr aparılıb. Yekunda Nazirliyin struktur bölmələrinin və tabeli qurumların rəhbərlərinə yeni fəaliyyət planlarının icrası ilə bağlı konkret tapşırıqlar verilib.
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?























.jpg)












