Ekologiya
Yer kürəsində zəif maqnit qasırğası başladı
Yer kürəsində zəif geomaqnit sahə pozuntusu başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz Telegram kanalında məlumat yayıb.
Orada qeyd olunub ki, pozuntunun səviyyəsi beşballıq şkala üzrə G1 (zəif) dərəcəsinə çatıb. İnstitutun mütəxəssisləri bildiriblər ki, maqnit qasırğası gözlənilən koronal dəliklərin genişlənməsi və öncədən az ehtimal edilən plazma tullantıları fonunda başlayıb.
“Yaxın 1–2 saat ərzində qütb parıltılarının görünmə ehtimalı artacaq, lakin əsasən ölkənin şimal-qərb hissəsində”, - paylaşımda deyilir.
Laboratoriya mütəxəssisləri xəbərdarlıq ediblər ki, həftəsonu ərzində geomaqnit fon yüksək olaraq qalacaq və G1–G2 səviyyəsində lokal maqnit qasırğaları baş verə bilər. Yeni həftənin əvvəlində isə maqnitosfer sakitləşəcək.
Hüseyn İbadlı
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?














.jpg)




















.jpg)


