Ekologiya
Alimlər HEYRƏT İÇİNDƏ - Antarktidada elə bir şey tapıldı ki...
Tədqiqatçılar Antarktidanın Ueddell dənizinin soyuq sularında Yer kürəsində indiyədək qeydə alınmış ən böyük balıq çoxalma koloniyasını kəşf ediblər.
Publika.az xəbər verir ki, kəşf barədə Alfred Vegenər İnstitutu (AWI) məlumat yayıb.
Bildirilib ki, bu nəhəng yuva sahəsi Filxner şelf buzlağının altında yerləşən antarktik buz balıqlarına məxsusdur.
Alimlər bu tapıntını heyrətlə qarşılayıb və nadir növün qorunması ilə bağlı ciddi xəbərdarlıq ediblər. Onların fikrincə, iqlim dəyişikliyi, balıqçılıq fəaliyyəti və insan müdaxiləsi bu həssas ekosistemə ciddi təhlükə yarada bilər.
Antarktik buz balıqları (Channichthyidae ailəsi) digər onurğalılarla müqayisədə fərqli xüsusiyyətlərə malikdir. Onların qanı solğun rəngdədir və hemoglobin daşımır. Bu balıqlar Antarktidanın oksigenlə zəngin, soyuq sularında həll olmuş oksigen sayəsində sağ qalırlar. Bu, başqa şəraitdə onların ölümünə səbəb ola bilər.
Bundan əlavə, buz balıqları qanlarında antifriz zülalları istehsal edir və aşağı metabolik ehtiyaclara malikdirlər. Bu xüsusiyyətlər onları Yer üzündəki ən sərt mühitlərdən birinə uyğunlaşdırır.
2022-ci ildə “Polarstern” adlı elmi-tədqiqat gəmisində aparılan ekspedisiya zamanı alimlər okean dibini müşahidə sistemi və batimetriya (OFOBS) vasitəsilə bu unikal balıqların yuva şəbəkəsini sənədləşdiriblər.
Hər biri təxminən 75 sm enində olan dairəvi yuvada bir böyük balıq və yumurta qrupu yerləşir. 45 600 kvadratmetr sahədə 16 minə yaxın yuva qeydə alınıb. Tədqiqatçılar hesab edirlər ki, ümumilikdə koloniyada 240 kvadrat kilometr sahədə təxminən 60 milyon yuva ola bilər.
Bu mühüm kəşfə baxmayaraq, ərazi hələ də qorunmayan zonadır. 2016-cı ildən etibarən Ueddell dənizinin dəniz qoruğu elan olunması təklif edilsə də, bu hələ reallaşmayıb.
Hüseyn İbadlı
-
Dünya09:27Türkiyə Lavrovun cavabını verdi: Mövqeyimiz dəyişməyib
-
Hadisə08:48Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar
-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto

















.jpg)




















