Ekologiya
Dünyada ağcaqanadların olmadığı TƏK ÖLKƏ - Bu necə baş verir?
İslandiya ağcaqanadların olmadığı nadir ölkələrdən biri olaraq qalır.
Publika.az "Insanoid"ə istinadla xəbər verir ki, alimlər bunu sərt və qeyri-sabit iqlimlə izah edirlər - burada qışda su hövzələri davamlı donmur və ərimə dövrləri yumurta və sürfələrin məhvinə səbəb olur.
Qonşu Norveç, Şotlandiya və Qrenlandiyada müxtəlif növ ağcaqanadlar olsa da, İslandiyada heç biri yoxdur. Səbəb ada şəraiti və ya su hövzələrinin azlığı deyil - əksinə, kifayət qədər göl və bataqlıq var. Əsas səbəb – iqlimdir.
Geotermal sular da yararsızdır: onların çox isti və kimyəvi tərkibi sürfələrin inkişafına uyğun deyil.
Lakin bu unikal vəziyyət qlobal istiləşmə fonunda dəyişə bilər. Daha isti və sabit fəsillər ağcaqanadların İslandiyada daimi populyasiya formalaşdırmasına şərait yarada bilər - bu, Havay adalarında da baş vermişdi.
Yenə də Aedes cinsindən olan və təhlükəli xəstəliklər yayan ağcaqanadların İslandiyada yayılma riski çox aşağıdır, çünki bu növlər üçün tropik iqlim lazımdır. Mütəxəssislər hesab edirlər ki, 2080-ci ilə qədər belə, Şimali Avropa dengue virusu üçün əlverişli olmayacaq.
Hazırda isə İslandiya ağcaqanadsız ölkə statusunu qoruyub saxlayır.
Hüseyn İbadlı
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...












.jpg)





















.jpg)


