Ekologiya
Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər? - Ekoloqdan AÇIQLAMA
Ötən gün Xəzər dənizinin Dağıstan sahili yaxınlığında tornado qeydə alınması narahatlıq doğurub.
Görəsən, bu təbiət hadisəsi Xəzərin Azərbaycan sahillərində də baş verə bilərmi?
Publika.az xəbər verir ki, ekoloq Cavid Hüseynov Bizim.media-ya açıqlamasında bildirib ki, Azərbaycanda həm quruda, həm də su üzərində zəif intensiv burulğanların yaranma ehtimalı istisna edilmir.
Bununla belə tornadonun, praktiki olaraq, qabaqcadan proqnozlaşdırılması hidrometeorologiya elmində bu vaxta qədər həllini tapmayan ən çətin məsələlərdən biridir.
"Nadir meteoroloji hadisələrdən hesab olunan tornadoların təkrarlanma dinamikasına iqlim dəyişmələrinin təsirinin olması tam məlum deyil. Tornadolar ilin istənilən vaxtında, həm gündüz, həm də gecə saatlarında müşahidə oluna bilər. Onların intensivliyi Fujita və ya TORRO şkalaları ilə ölçülür. F0 və EF0 kateqoriyalı tornadolar zəif təsirlidir. Amma F5 və EF5 gücündə olanlar binaları bünövrəsindən qopara, hətta çoxmərtəbəli tikililərə ciddi ziyan vura bilir".
Niyə məhz sentyabrda?
Maraqlıdır ki, təkrarlanma dinamikası məlum olmasa da, 2018-ci ildə də məhz sentyabr ayında (23 sentyabr) Xəzər üzərində tornado müşahidə olunmuşdu. O zaman rəsmi təsdiq olmasa da, dənizdə olan gəmiçilər bu təbiət hadisəsini lentə alıb paylaşmışdılar. Ekoloqlar bu hadisənin Xəzər dənizi akvatoriyası üçün nadir hadisə olduğunu bildirmişdilər.
Qeyd edək ki, tornado (smerç) topa-yağış (cumulonimbus) buludundan Yer səthinə qədər uzanan, son dərəcə sürətlə fırlanan hava sütunudur. Ən güclü tornadolarda küləyin sürəti saatda 480 kilometrə (saniyədə 133 metrə) qədər çata, diametri isə 3 kilometrdən böyük ola bilər. Əsasən mülayim iqlim zonalarında, yəni Avropanın 60-cı paralelindən 45-ci paralelinədək ərazilərdə, həmçinin ABŞ, Meksika, Banqladeş, Hindistan, Yaponiya, Argentina və Uruqvay kimi ölkələrdə daha çox müşahidə olunur.
-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...






































