Ekologiya
Başımızı ağrıdacaq hadisə: Ehtiyatlı olun!
Hazırda Yer kürəsində orta həddə davam edən yeni maqnit qasırğası müşahidə edilir.
Publika.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” portalı Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiya laboratoriyasının məlumatlarına istinadən məlumat yayıb.
Mütəxəssislərin fikrincə, G1 (maqnit qasırğası) tufanı Bakı vaxtı ilə səhər saat 04-07 radələrində başlayıb. Hazırda planetarası mühitin xarakteristikalarının dəyişməsi ilə qeyri-sabit tarazlığa çatıb və G3 (maqnit qasırğası) səviyyəsinə uyğun pozuntular artıq qeydə alınmır.
Laboratoriyanın məlumatına görə, belə bir vəziyyət iki-üç gün davam edəcək.
Eyni zamanda, günəş küləyinin sürəti yüksək olaraq qalır və saniyədə 750 kilometr kritik dəyəri keçərək artmaqda davam edir. Maqnit sahəsində istənilən artım ikinci və üçüncü səviyyəli maqnit qasırğalarına səbəb ola bilər.
Qeyd edək ki, bir gün əvvəl Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası qeydə alınıb. Narahatlıq səviyyəsi G3 işarəsinə yaxınlaşıb. Tədqiqatçılar bunu planetin böyük tac dəliyinin təsir zonasına daxil olması nəticəsində yaranan günəş küləyinin sürətinin artması ilə əlaqələndiriblər.
Adəm
-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...






































