Ekologiya
Bəşəriyyət qorxunc böhranla üz-üzə: Şirin suyu insanlardan çox onlar "içirmiş"
Qlobal su istehlakı son iki onillikdə təxminən 25% artıb. Bu artım təkcə məişət istifadəsinə deyil, həm də material istehsalına təsir göstərir, çünki sənaye getdikcə daha çox şirin su əldə edir.
Publika.az xəbər verir ki, bu həyəcanverici məlumat "Phys.org" nəşrində dərc edilən son hesabatda əks olunub.
Tədqiqatda iştirak edən alimlər qeyd edirlər ki, əsas səbəblərdən biri polad, sement, plastik, kağız, rezin kimi materialların sənaye istehsalının sürətlə artmasıdır. Məhz bu "vacib" materialların istehsalı su ehtiyatlarına əhəmiyyətli təsir göstərir.
Məlumatda bildirilir ki, ən çox su tutumlu material metaldır - xüsusilə polad, ondan sonra kağız və plastikdir.
Bu artımın coğrafiyası da narahatedicidir. Şərqi və Cənubi Asiya regionlarında, eləcə də Okeaniyada sənaye sektorunda şirin su istehlakında xüsusilə kəskin artım müşahidə olunur. Bu, xüsusilə narahatlıq doğurur, çünki bu ölkələrdə artıq ciddi su çatışmazlığı problemi əvvəldən var idi.
Ekspertlər xəbərdarlıq edirlər ki, bu tendensiya davam edərsə, məhdud su ehtiyatları uğrunda rəqabət güclənəcək. Xüsusilə təmiz suya çıxışın məhdud olduğu ölkələrdə ciddi problemlər gözlənilir.
Su istehlakı artdıqca, həm sənayedə, həm də dövlət idarəetməsi səviyyəsində daha əhatəli su səmərəliliyi strategiyalarına ehtiyac yaranır. Bunun həlli istehsalda su istehlakını azaldacaq texnologiyaların tətbiqindədir. Həmçinin dövlət də bu cür təşbbüslərə subsidiyalar, təşviqlər və qaydalar vasitəsilə dəstək verməlidir.
Hesabatda həmçinin vurğulanır ki, hazırda həssas bölgələrdə ciddi su böhranı riski artır.
Adəm
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





















.webp)













.jpg)


