Ekologiya
Böyükşor gölü niyə köpükləndi? - RƏSMİ AÇIQLAMA
Böyükşor gölü ərazisində mərkəzləşdirilmiş kanalizasiya sisteminin mövcud olmaması səbəbindən tullantı sularının bir hissəsi birbaşa sözügedən gölə axıdılır.
Publika.az xəbər verir ki, bu barədə ADSEA yanında Suların İstifadəsinə və MühafizəsinəDövlət Nəzarəti Xidmətindən bildirilib.
Bildirilib ki, tullantı suları əsasən göl ətrafında məskunlaşmış əhalinin məişət suları, eləcə də həmin ərazidə fəaliyyət göstərən müəssisələrin istehsalat tullantıları hesabına formalaşır.
"Göl səthində müşahidə olunan ağ köpüyün yaranmasının əsas səbəbi kimi məişət tullantı sularının tərkibində yüksək miqdarda yuyucu vasitələrin olması ehtimal edilir. Lakin dəqiq nəticələr yalnız götürülmüş su nümunələrinin laborator analizindən sonra məlum olacaqdır.
Məlumat üçün bildiririk ki, Böyükşor gölünün ətrafında XIX əsrin II yarısından başalyaraq neft sənayesinin sürətli inkişafı nəticəsində bir çox neft quyuları qazılmış və bu gölün çirklənməsinə səbəb olmuşdur. Ətrafdakı yaşayış sahələrinin genişləndirilməsi və burada yaranan tullantı sularının birbaşa gölə axıdılması gölün çirklənmə səviyyəsini artırmışdır. 26 dekabr 2013-cü il tarixli "Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən gölün istifadəsi və mühafizəsi sahəsində idarəetmə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib.
Azərbaycan Respublikasının Prezidentinin 4 iyun 2025-ci il tarixli 403 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin səlahiyyət dairəsi genişləndikdən sonra Agentliyin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən Böyükşor gölünə tullantı suların axıdılması ilə bağlı 30 fakt üzrə təqsirkar şəxslər barədə inzibati xəta haqqında protokol tərtib edilmiş və nöqsanların aradan qaldırılması üçün məcburi göstəriş verilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir".
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı















.jpg)





.webp)












.jpg)


