Ekologiya
Qar yağır - FAKTİKİ HAVA
Saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub. Bəzi bölgələrə yağış, əksər ərazilərə isə qar yağıb.
Publika.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən qarın hündürlüyü Zaqatalada (Əlibəy) 36, Qaxda (Sarıbaş) 31, Şəkidə (Kişçay) 20, Qrızda 14, Şahdağda 13, Xınalıqda 8, Kəlbəcər və Qusarda (Laza) 7, Qubadlı, Laçın və Lerikdə 5, Qobustan, Quba və Xızıda 4, Şamaxıda 3, Yardımlıda 2 sm-dir.
Düşən yağıntının miqdarı Qəbələdə 34, Astarada 23, Lənkəranda 21, Cəlilabad, Neftçalada 18, Oğuzda 15, Balakəndə 14, Biləsuvarda 11, əksər rayonlarda isə 9 mm-dək qeydə alınıb.
Sumqayıt, Tərtər, Göyçay, Lerik, Gəncə, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Qubada duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1, Naxçıvan MR-da 12, dağlıq rayonlarda 14 dərəcəyədək şaxta, Aran rayonlarında isə 2 dərəcəyədək isti qeydə alınıb.
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız












.jpg)






















