Ekologiya
Qədim evdə mumiyalanmış “su pərisi” tapıldı - İnsanları və mal-qaranı...
Yaponiyanın Fukuşima prefekturasında əfsanəvi “su pərisini” xatırladan qalıqlar aşkar edilib.
Publika.az xəbər verir ki, bu barədə "The Sun" nəşri yazır.
Qədim evdə tapılan bu nümunə iti dişlərə, uzun qollara və quyruq üzgəcinə malikdir. Nəşrin qeyd etdiyi kimi, sirli tapıntı Yaponiya folklorundakı əfsanəvi su demonu — Kappanı xatırladır. Deyilənlərə görə, onlar Yaponiyanın göl və çaylarında yaşayır, insanları və mal-qaranı suya çəkib aparırlar.
Mumiya sərgidə nümayiş olunacaq, hətta onu satın almaq da mümkün olacaq. Tədbirin təşkilatçısı təxminən 11 755 funt-sterlinq (təxminən 25 500 manat) gəlir əldə edəcəyini gözləyir.
Bundan əvvəl isə Böyük Britaniyada sahilə atılmış sirli “su pərisi” skeleti yerli sakinləri çaşbaş salmışdı. Kent qraflığının Marqeyt çimərliyində gəzintidə olan Pola Riğan və həyat yoldaşı Deyv, skeletlə “su pərisi” hibridini xatırladan qəribə bir obyekt tapmışdılar. Onlar tapıntını skeletlə yumşaq, lakin çürüməmiş toxuma arasında bir şey kimi təsvir etmişdilər. Əvvəlcə cütlük bunun bir ağac parçası və ya suiti qalıqları olduğunu düşünsə də, yaxından baxdıqda bunun qeyri-adi bir şey olduğu bəlli olmuşdu.
Hüseyn İbadlı
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi
-
MDB10:06Rusiyada deputatların pensiyası qəpik-quruş imiş - Məbləğ açıqlandı
-
Sosial08:49Azərbaycan toylarında gözlənilməz qayda - Bu ənənə qadağan edilir?
-
Nəqliyyat07:35Bakı-Sumqayıt yolundakı tıxac problemi necə həll olunacaq? - Video
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz















.jpg)







.webp)











.jpg)

