Ekologiya
Xəzərin dayazlaşması toz fırtınalarına səbəb oldu
Mütəxəssislər Atırauda qeydə alınan toz fırtınalarını və palçıqlı yağışları Xəzər dənizinin dayazlaşması ilə əlaqələndirirlər.
Publika.az “Kazinform”a istinadən xəbər verir ki, Ekologiya Departamentinin rəis müavini Erlan Yesenovun sözlərinə görə, dəniz səviyyəsinin aşağı düşməsinə görə duz və narın qumun yığıldığı və əvvəllər su altında qalan ərazilər üzə çıxıb.
Sahil zonasında olan və toz fırtınalarına səbəb olan dörd ərazi müəyyən edilib, bu ərazilərdə bitki örtüyü, o cümlədən qamışlıq yoxdur.
Havaya toz və duzun qalxmasını azaltmaq üçün nəmləndirmə texnologiyalarından istifadə imkanları nəzərdən keçirilir.
Quru ərazilərin yaxınlığında kanallar keçir ki, bu da əkin zamanı suvarmanı təmin etməyə imkan verəcək.
Torpaq nümunələri seçilib, laborator tədqiqatlarına başlanılıb. Onların nəticələrinə əsasən tədbirlər planı işlənib hazırlanacaq.
Ekologiya Departamenti, Fövqəladə Hallar Departamentinin nümayəndələrinin və ətraf mühit mütəxəssislərinin daxil olduğu işçi qrupu yaradılıb. Xəzər dənizinin dayazlaşmış ərazilərinin hava monitorinqi aparılıb.
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi
-
MDB10:06Rusiyada deputatların pensiyası qəpik-quruş imiş - Məbləğ açıqlandı
-
Sosial08:49Azərbaycan toylarında gözlənilməz qayda - Bu ənənə qadağan edilir?
-
Nəqliyyat07:35Bakı-Sumqayıt yolundakı tıxac problemi necə həll olunacaq? - Video
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır

















.jpg)




.webp)











.jpg)

