Ekologiya
Son 1 həftədə təbiətə 133 mindən çox ziyan vuruldu
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərləri, Abşeron, Qax və Oğuz rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Publika.az xəbər verir ki, araşdırma zamanı Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 120A ünvanında, Səbail rayonu Badamdar qəsəbəsi 10-cu Badamdar küçəsində, Yasamal rayonu Müzəffər Həsənov küçəsi 69 ünvanında, Sumqayıt şəhəri Səməd Vurğun küçəsində, Abşeron rayonu Masazır kəndi Rafiq Dünyamalıyev küçəsi 20A ünvanında, Qax rayonu Qazmalar kəndi ərazisində, Qax rayonu Tasmalı kəndi yaxınlığında, Oğuz rayonu Filfilli kəndi ərazisində və Oğuz rayonu Yaqublu kəndi yaxınlığında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 140 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib



















.jpg)

















