Ekologiya
Xəzərdə balıq ovu tam dayandırılır - Tarix
Xəzər dənizi akvatoriyasında 2026-cı il 1 may tarixindən balıq ovuna mövsümi qadağa tətbiq ediləcək.
Bu barədə Publika.az-a Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Balıqçılıq və Akvakultura Mərkəzi" Publik Hüquqi Şəxsi məlumat verib.
Bildirilib ki, mövsümi qadağa müddətində sənaye və həvəskar balıq ovu qəti şəkildə qadağandır və bu qaydaları pozan şəxslər barəsində qanuni tədbirlər görüləcək.
"Qadağa müddətində qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin olunması məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən nəzarət tədbirləri mütəmadi davam etdiriləcəkdir",-deyə məlumatda bildirilib.
Xatırladaq ki, aprelin 1-dən Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresursları ovunun Qaydaları"na əsasən kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovu Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında aprel ayının 1-dən sentyabr ayının 1-dək qadağan edilib.
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO














.jpg)




.webp)












.jpg)
