Sosial
Hacıqabuldakı ölüm hadisəsi ilə bağlı ADSEA-dan açıqlama
Noyabrın 24-də bəzi media orqanlarında Hacıqabul rayonunda Namiq Babayevin açıq kanalizasiya quyusuna düşərək həyatını itirdiyi barədə məlumat yayılıb.
Publika.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir ki, hadisənin açıq kanalizasiya quyusu ilə əlaqələndirilməsi həqiqətə uyğun deyil. Hacıqabul rayonunda kanalizasiya şəbəkəsi mövcud olmadığından hadisə yerində açıq kanalizasiya quyusunun olması barədə iddia faktiki vəziyyətlə uzlaşmır.
İlkin araşdırmaya əsasən, hadisə yaşayış evlərinin həyətyanı sahələrindən axıdılan məişət sularının keçdiyi kiçik arxın bir hissəsində baş verib. Bu tip arxların dərinliyi adətən 15–20 santimetr təşkil edir. Həmin arxın kanalizasiya infrastrukturu ilə əlaqəsi yoxdur.
İlkin məlumatlara görə, mərhumun səhhətində problemlər olub. Onun səhhəti ilə əlaqədar müvazinətini itirməsi ehtimalı istisna edilmir. Ölümün dəqiq səbəbi müvafiq araşdırmanın və tibbi ekspertizanın nəticələri əsasında müəyyən ediləcək.
Qeyd edək ki, mediada 1981-ci il təvəllüdlü Şirvan sakini Namiq Babayevin Hacıqabul şəhərində kanalizasiya quyusuna düşərək həyatını itirdiyi barədə məlumat yayılmışdı.
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi










.jpg)
.jpg)



.jpg)




















