Ekologiya
Dünyanın nadir incisi - Məşhur manqrov meşələri bərpa olunur
Alimlər müəyyən ediblər ki, milyonlarla insanı fırtınalardan qoruyan və böyük həcmdə istixana qazlarını udan dünyanın sahilyanı manqrov meşələri gözlənilmədən bərpa olunmağa başlayıb.
Publika.az xəbər verir ki, onilliklər ərzində balıqçılıq təsərrüfatlarının yaradılması və yaşayış məntəqələrinin salınması üçün ağacların kəsilməsi nəticəsində bu bataqlıq sahələrinin həcmi sürətlə azalırdı.
Lakin yeni tədqiqat göstərir ki, 2010-cu ildən bəri dünyada manqrov meşələrinin sahəsində artım itkiləri üstələyir. Buna hüquqi-mühafizə tədbirlərinin gücləndirilməsi və 2004-cü ildə Hind okeanında baş vermiş sunami kimi fəlakətlərdən sonra cəmiyyətdə bu meşələrin əhəmiyyəti barədə məlumatlılığın yüksəlməsi səbəb olub.
Tədqiqatçılar qeyd edirlər ki, buna baxmayaraq, həlledici amil bu meşələrin təbii şəkildə bərpa olunmaq qabiliyyətidir. İnsanlar onları qırmağı dayandıran kimi manqrovlar yenidən inkişaf etməyə başlayır.
Manqrov meşələri ətraf mühitin qorunmasında rolu çox vaxt lazımınca qiymətləndirilməyən təbii müdafiə vasitələrindən biridir. Onlar quru meşələri ilə müqayisədə beş dəfə çox karbon qazı udmaqla yanaşı, bir-birinə dolaşmış kökləri sayəsində dalğaların qarşısını almağa, sahilyanı yaşayış məntəqələrini fırtına qabarmalarından və sunamilərdən qorumağa qadirdir. Həmin köklər eyni zamanda bir çox balıq növü və digər dəniz canlıları üçün ideal çoxalma mühiti yaradır, onları yırtıcılardan qoruyur və bol qida ilə təmin edir.
Lakin son yüz il ərzində bu üstünlüklər ciddi təhlükə ilə üzləşib. Balıqçılığın, kənd təsərrüfatının inkişafı, həmçinin sahilyanı şəhər və qəsəbələrin genişlənməsi nəticəsində manqrov meşələri qırılıb və sürətlə məhv edilib.
Bununla belə, yeni tədqiqat göstərir ki, xüsusilə son on ildə bu tendensiyada real dönüş baş verib. Ümumi xalis itkilərin həcmi, yəni məhv edilmiş və sonradan bərpa olunmamış meşə sahələri 1980-ci illərlə müqayisədə hazırda təxminən 849 kvadratkilometrə enib.
Meşələrin bərpası istiqamətində uzun illər görülən işlər deqradasiyaya uğramış meşə massivlərinin yenidən canlanmasına kömək edib. Lakin əsas dəyişiklik dünyanın bir çox bölgəsində ağac kəsiminin azalmasından sonra manqrov meşələrinin təbii şəkildə yayılması hesabına baş verib.
Bu, manqrov meşələrinin ən geniş yayıldığı iki ölkədə – İndoneziyada meşə sahələrinin sabitləşməsinə, Myanmada isə artmasına imkan verib.
Yeni tədqiqatda bitki örtüyündə baş verən dəyişiklikləri daha dəqiq izləməyə imkan verən Landsat peyklərinin məlumatlarından istifadə olunub. Bunun sayəsində alimlər əvvəlki qiymətləndirmələrin göstərdiyindən daha çox yeni manqrov sahəsi aşkar ediblər.(Azərtac)
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO















.jpg)




















