Ekologiya
Gecə yarısı partlayış olub - Yeri nə gözləyir?
Rusiyanın Tətbiqi Geofizika İnstitutu (IAG) 21 iyun gecəsi Günəşdə yeni güclü partlayışı barədə məlumat verib.
Publika.az xəbər verir ki, məlumata görə Bakı vaxtı ilə saat 02:25-də 4493 günəş ləkəsi qrupunda (N05E08) rentgen diapazonunda 16 dəqiqə davam edən M3.4 alovlanması qeydə alınıb.
Bundan əlavə, 20 iyulda iki güclü alovlanmanın - M2.5 və M1.1-in qeydə alındığı vurğulanır.
Daha əvvəl bildirilmişdi ki, iyulun 22-də Yer kürəsində G1-G2 səviyyəli maqnit fırtınaları gözlənilir.
Günəş alovlanmaları yaydıqları rentgen şüalanma gücünə əsasən beş sinfə bölünür: A, B, C, M və X. Minimum sinif olan A0.0, Yer orbitində kvadrat metrə 10 nanovatt radiasiya gücünə uyğundur. Növbəti hərfə keçdikcə güc on dəfə artır. Alovlanmalar günəş plazmasının püskürməsi ilə müşayiət oluna bilər ki, bu buludlar Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola bilər.
Müəllif: Tural
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI


































.jpg)

