Ekologiya
Daha bir ölkədə yeni istilik rekordu qırıldı
Avqustun 4-də gündüz saatlarında Avstriyada hava temperaturu rekord həddə çataraq 41°C təşkil edib və əvvəlki 40,5°C-lik rekordu yeniləyib.
Publika.az xəbər verir ki, bu barədə "Kronen Zeitung" məlumat yayıb.
Nəşrin məlumatına görə, əlverişsiz hava şəraiti ilə əlaqədar ölkənin şərq hissəsində ən yüksək təhlükə səviyyəsi elan edilib. Eyni zamanda, Burgenland federal torpağında meşə yanğını davam edir.
Bundan əvvəl Avropada anomal istilərin dənli bitkilər məhsulunun dəyərinin 2 milyard avrodan çox azalmasına səbəb olduğu bildirilib.
Qeyd olunub ki, dörd həftə davam edən isti hava şəraiti səbəbindən Aİ və Böyük Britaniyada dənli bitkilərin istehsal proqnozu təxminən 9 milyon ton azaldılıb. Ekspertlər məhsul itkisindən yaranan zərəri təxminən 2,1 milyard avro məbləğində qiymətləndiriblər. Onlar bu zaman buğda, arpa, qarğıdalı və digər dənli bitkilərin qiymətlərini nəzərə alıblar. Bu məbləğ məhsulun proqnozlaşdırılan dəyərinin təxminən 5%-ni təşkil edir. Xüsusilə, Aİ və Böyük Britaniya üçün qarğıdalı məhsulu proqnozu 57,2 milyon tondan 52,7 milyon tona endirilib.
Hüseyn İbadlı
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO



































.jpg)


