Ekologiya
Sibirdə nə baş verir? - Emissiyalar hər il 1,1 milyon ton artır
Son on ildə Sibirdə metan emissiyalarının illik həcmi təxminən iki dəfə artaraq 5-6 milyon tondan 12 milyon tona çatıb.
Publika.az xəbər verir ki, bu barədə Çin Elmlər Akademiyası məlumat yayıb. Çin Elmlər Akademiyasının Atmosfer Fizikası İnstitutunun professoru Lyu İnin sözlərinə görə, metan emissiyalarının artması ilk dəfə 2021-ci ildə peyk müşahidələri zamanı qeydə alınıb. Bundan sonra əldə olunan nəticələri təsdiqləmək və emissiyaların sürətlə artmasının səbəblərini müəyyənləşdirmək üçün əlavə tədqiqatlar aparılıb.
Alimləri ən çox narahat edən məsələ iqlim dəyişikliyinin çoxillik buzlaqlara təsiridir. Donmuş torpaqların əriməsi və Arktika torpaqları ilə su hövzələrində mikroorqanizmlərin fəallığının artması böyük həcmdə metanın atmosferə buraxılmasına, bunun da qlobal istiləşməni daha da sürətləndirməsinə səbəb ola bilər.
Tədqiqatçılar Tunqus yaylası, Ob hövzəsi və Sibirin digər bölgələri üzərində metan konsentrasiyasının artdığını müəyyən ediblər. Hesablamalara əsasən, emissiyalar hər il orta hesabla 1,1 milyon ton, yəni ilkin səviyyə ilə müqayisədə təxminən 5 faiz artır.
Mütəxəssislərin sözlərinə görə, Qərbi Sibirdə emissiyaların artmasına daha mülayim qışlar və isti yaz mövsümü səbəb olub. Bu amillər torpağın rütubətini artırır və üzvi maddələrin parçalanmasını sürətləndirir. Regionun şərq hissəsində isə quraqlıqlar və meşə yanğınları metan emissiyalarının artmasına əlavə təsir göstərir.
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO

























.jpg)











