Ekologiya
Xəzərlə bağlı HƏYƏCAN TƏBİLİ: Suyun səviyyəsi son 200 ilin minimumuna endi - FOTO
Xəzər dənizində suyun səviyyəsi hər il təxminən 10-20 sm azalır və son 200 ilin ən aşağı göstəricisinə çatıb.
Publika.az "Azad İran" "Telegram" kanalına istinadən bildirir ki, bu barədə Mazandaran əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru Məhəmməd Rza Kənani danışıb.
Onun sözlərinə görə, son iki onillikdə Xəzər dənizində suyun temperaturu təxminən 1,5 dərəcə yüksəlib, buxarlanma isə 10-15% artıb. O, əsas səbəblər arasında iqlim dəyişikliyini və çay axınının azalmasını göstərib.
Məhəmməd Rza Kənani xəbərdarlıq edib ki, dəniz səviyyəsinin aşağı düşməsinin davam etməsi regionun sahil icmalarını, infrastrukturunu və unikal ekosistemlərini təhlükə altında qoyur. Xəzər dənizinə daxil olan suyun təxminən 75%-i çayların payına düşür, çay axınının təxminən 80%-ni isə Volqa təmin edir.
Çirklənmə də əlavə təhlükə yaradır: dənizə şəhər və sənaye çirkab suları, neft məhsulları və kənd təsərrüfatı tullantıları axıdılır. Ekoloqlar xəbərdarlıq edirlər ki, dayazlaşma və çirklənmənin birgə təsiri artıq Xəzər suitisi və nərə balığı kimi növləri təhlükə altına qoyur.
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO


















.jpg)
















.jpg)


