Ekologiya
Böyükşor gölünün yaşıla bürünməsinin səbəbi bu imiş
Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib.
Bu barədə Publika.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 14-də Böyük Şor gölündə suyun yaşıl rəngə boyanmasının səbələrinin araşdırılması məqsədilə su nümunələri götürülüb və analiz aparılıb. Analiz nəticələrinə əsasən, su nümunəsinin kəskin iyli, yaşıl rəngli, qatı, çətin çökən maddə şəklində olması müəyyənləşdirilib.
Nümunənin mikroskopik tədqiqatı zamanı həddindən artıq göy-yaşıl yosunlar (cyanobacteria) müşahidə edilib. Aşkarlanan yosun qrupları su nümunəsinin rəngini adətən yaşıl, bəzən isə qəhvəyi-yaşıl göstərə bilər.
Mövsümlə əlaqədar temperaturun yüksəlməsi, həmçinin suda biogen elementlərin (ümumi azot və fosforun) miqdarının artması suda baş verən biokimyəvi prosesləri sürətləndirib və bu da toksiki sianobakteriyaların populyasiya sıxlığının kəskin artması üçün optimal şərait yaradıb.
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır
-
Paranormal00:45Komadan ayılan qadın mələk gördü, ana dilini unutdu - ““Paralel dünya”ya düşmüşdüm”
-
İdman00:15Ronaldo komandasını sarsıdıcı məğlubiyyətdən xilas edə bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kiçik sevgi jestləri münasibətinizi şirinləşdirəcək
-
Sağlamlıq15 Sentyabr 22:48Şam yeməyi üçün ideal vaxt müəyyən edildi
-
İdman15 Sentyabr 22:36Aida Əliyeva yüksək vəzifəyə təyin edildi - RƏSMİ
-
ABŞ15 Sentyabr 22:24Trampın müşaviri Mertsə sərt cavab verdi
-
Enerji15 Sentyabr 22:00Neft kəskin bahalaşdı














.png)

















.jpg)

