Ekologiya
Ölkəmizə isti hava kütlələri daxil oldu, temperatur yüksəlir
Oktyabr ayında keçid dövrünə xas hava şəraiti müşahidə edilir. İsti hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində havanın temperaturu yüksəlir.
Publika.az bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, bu ilin oktyabr ayının ötən günlərində Bakıda 26, bölgələrdə isə 30 dərəcəyədək isti qeydə alınıb. Havanın temperaturu iqlim norması ilə müqayisədə 9 gün normadan yuxarı, 3 gün normadan aşağı, 1 gün isə normaya yaxın olub.
Oktyabrın 13-də temperatur normadan 5 dərəcə yuxarı, 3-də isə 5,5 dərəcə aşağı qeydə alınıb. 13 gün ərzində havanın orta aylıq temperaturunun normadan fərqi 2,9 dərəcə təşkil edib.
Bildirilib ki, 2012-ci ildə isə bu göstərici 3,1 dərəcə olub.
“Çoxillik meteoroloji müşahidə məlumatlarının təhlilinə əsasən, ən isti hava 2012-ci il oktyabrın 9-da qeydə alınıb. Həmin gün Bakıda havanın maksimal temperaturu 32,7 dərəcə isti olub. Həftə sonunadək ölkə ərazisində hava şəraitinin sabit və əsasən yağmursuz keçəcəyi gözlənilir. Bununla belə, axşam saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 23–28, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 26–31, dağlıq rayonlarda isə 21–26 dərəcə isti olacağı gözlənilir”, - qeyd olunub.
-
Sosial16:17Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Yaxın Şərq15:48ABŞ bu məsələdə İrana güzəştə getdi - 9 milyardlıq razılaşma
-
Sosial15:00Dekabrda neçə gün iş olmayacaq?
-
Nida Təhlil 13:57Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü
-
Ekologiya13:08Sabah yağış yağacaq - PROQNOZ
-
Rəsmi xronika11:49İlham Əliyev Ərdoğana başsağlığı verdi
-
Elm və təhsil11:42Məktəblərdə 7 gün DƏRS OLMAYACAQ
-
Sosial10:35Nisyə mal satanların nəzərinə: Bu gündən...
























.jpg)








.jpg)



