Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
Bizi izləyin

Ekologiya

Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı

Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı

Nijni Novqorodda temperatur 1923-cü ilin rekordunu təzələyib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzi məlumat yayıb.

Hava bülleteninə əsasən, oktyabrın 16-da şəhərdə hava +20,4°C-yə qədər qızıb. Əvvəlki mütləq temperatur maksimumu isə 103 il əvvəl qeydə alınmışdı. Həmin göstərici civə sütununun 18°C-yə çatdığı zaman qeydə alınıb.

Hidrometeorologiya Mərkəzindən qeyd edilib ki, ötən gün temperatur rekordları Rusiyanın daha altı şəhərində — Yoşkar-Olada +20,1°C (1982-ci ildə +18,8°C), Kirovda +19,1°C (1993-cü ildə +16°C), Saranskda +22,2°C (1974-cü ildə +20,3°C), İjevskdə +20,2°C (1955-ci ildə +17,1°C), Çeboksarıda +19,9°C (2009-cu ildə +19°C) və Permdə +19,1°C (2023-cü ildə +16,5°C) təzələnib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm