Ekologiya
Sabahın hava proqnozu açıqlandı
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, havanın temperaturu gecə 17-20° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında, gecəyə doğru isə bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki
-
Yaxın Şərq12:44İran: ABŞ və İsrailə qarşı daha dağıdıcı plan hazırlamışıq
-
Ekologiya12:16Sabahın hava proqnozu açıqlandı
-
Digər11:56Maşın zəvvarlara çırpıldı - 15 ölü 40 yaralı var
-
Hadisə09:19Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Avropa08:48NATO Ukraynada vəziyyəti sabitləşdirmək üçün imitasiya edir - 1500 hərbçi...
-
Avropa07:30Parisdə iğtişaşçılar polis bölməsinə hücum etdilər



































