Ekologiya
Türkiyədən Qafqaza uzanan atmosfer prosesləri... - Azərbaycanda da güclü leysan gözlənilir?
Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib.
Bəs oxşar yağışların yaxın vaxtlarda Azərbaycanda da baş verməsi ehtimalı varmı?
Publika.az xəbər verir ki, Sfera.az-a açıqlama verən ekoloq Ənvər Əliyev güclü yağıntıların yalnız Türkiyə üçün xarakterik olmadığı, geniş ərazilərə təsir göstərən planetar atmosfer prosesləri ilə bağlı olduğunu bildirib.
Onun sözlərinə görə, Türkiyədən Qafqaza, o cümlədən Azərbaycana qədər uzanan geniş ərazi bu atmosfer proseslərinin təsiri altında qalır.
Ekoloq qeyd edib ki, "Azor maksimumu" adlandırılan antisiklon və digər planetar atmosfer prosesləri hava şəraitinə birbaşa təsir göstərir:
“Bu təsirlər bəzən geniş bir coğrafiyanı əhatə edir. İspaniya, Portuqaliya, Türkiyə, Qafqaz və ətraf ərazilərdə müxtəlif hava hadisələrinin yaranmasına səbəb ola bilir. Hər ölkənin özünəməxsus iqlimi olduğundan, belə proseslərin nə vaxt və hansı intensivlikdə baş verəcəyini əvvəlcədən dəqiq müəyyənləşdirmək çətin olur. Lakin bütün hallarda biz hər şeyə hazır olmalıyıq. XXI əsrdə təbiətdən asılı vəziyyətdə qalmaq düzgün deyil. İşlərimizi elə qurmalıyıq ki, ölkənin hər bir ərazisində görülən tədbirlər iqlim göstəricilərinə və mümkün iqlim dəyişikliklərinə uyğun olsun”.
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
Dünya19 Oktyabr 23:55Kim Çen İn insult keçirib? - Komada olduğu iddia edilir
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial19 Oktyabr 21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa19 Oktyabr 20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal19 Oktyabr 18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop19 Oktyabr 15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB19 Oktyabr 14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?



























.png)







