Ekologiya
“El Nino”nun təsirləri artır: Sakit okeanda qeyri-adi hadisələr baş verir
Sakit okeanın ekvatorial hissəsində suyun rəngi yaşıldan parlaq maviyə çevrilir. NASA-nın peyk görüntülərində qeydə alınan bu dəyişiklik güclənən “El-Nino” iqlim hadisəsi ilə əlaqələndirilir.
Publika.az xəbər verir ki, rəng dəyişikliyinin əsas səbəbi okeanda fitoplanktonların sayının azalmasıdır. Dəniz qida zəncirinin əsasını təşkil edən bu mikroskopik orqanizmlər suya yaşılımtıl və firuzəyi çalarlar verir.
Passat küləklərinin zəifləməsi nəticəsində isti sular Sakit okeanın mərkəzi və şərq hissələrinə yayılır. Bu, qida maddələri ilə zəngin soyuq suların səthə qalxmasını zəiflədir və fitoplanktonların azalmasına səbəb olur. Nəticədə okean daha mavi görünür.
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, hazırkı “El-Nino” hadisəsinin son 75 ilin ən güclüsü olması ehtimalı 83 faizdir. Sakit okeanın şərq hissəsində suyun temperaturu artıq uzunmüddətli orta göstəricidən təxminən 3 dərəcə yüksəkdir. Alimlər yaxın aylarda temperaturun daha da arta biləcəyini bildirirlər.
“El-Nino” ekstremal yağıntılara, daşqınlara, güclü dalğalara və sahil eroziyasına səbəb ola bilər. Kelvin okean dalğaları ilə birlikdə bu hadisə dəniz səviyyəsini müvəqqəti olaraq 30 santimetrədək yüksəldə, sahilyanı ərazilərdə su basması riskini artıra bilər.
Ötən ay Kaliforniya qubernatoru Qevin Nyusom ştatda fövqəladə vəziyyət elan edib. Qubernator administrasiyasının qiymətləndirməsinə görə, hadisə rekord göstəricilərə səbəb olur və güclənərək müşahidələr tarixinin ən şiddətli “El-Nino”su ola bilər.
Bu arada Kaliforniya sahillərində balina köpəkbalıqları, çəkicbaş köpəkbalıqları və zəhərli dəniz ilanları da daxil olmaqla qeyri-adi dəniz canlıları müşahidə olunur.
Müəllif: Adəm
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi














.jpg)




.jpg)









.png)







