Ekologiya
Sabah rayonlarda şimşək çaxacaq, yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, havanın temperaturu gecə 16-18° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacaq.
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar








































