Ekologiya
Quşlar görün ən çox kimlərdən qorxurlar - Fenomenin sirrini açmaq olmur
Şəhər quşlarının qadınlarla qarşılaşdıqda kişilərə nisbətən daha qorxaq davrandığı məlum olub. Beş Avropa ölkəsində quşların davranışını araşdıran beynəlxalq alimlər qrupu bu gözlənilməz nəticəyə gəlib.
Publika.az xəbər verir ki, Tədqiqatın nəticələri “People and Nature” elmi jurnalında dərc olunub.
Təcrübə Çexiya, Fransa, Almaniya, Polşa və İspaniyada aparılıb. Eyni boya malik, oxşar geyimdə olan kişi və qadınlar park və bağçalarda quşlara yaxınlaşıblar. Məlum olub ki, quşlar kişilərin orta hesabla bir metr daha yaxınlaşmasına imkan verir, qadınları gördükdə isə daha tez uçub getməyə üstünlük verirlər. Sərçələr, arıquşular, göyərçinlər və sağsağanlar da daxil olmaqla, araşdırılan 37 növün hamısında oxşar reaksiya müşahidə edilib.
Bu davranışın səbəbi hələ də sirr olaraq qalır. Mütəxəssislər ehtimal edirlər ki, quşlar insanları qoxularına, bədən quruluşlarına və ya yeriş xüsusiyyətlərinə görə fərqləndirə bilərlər. Bununla belə, alimlər irəli sürülən fərziyyələrdən heç birinin hələlik inandırıcı şəkildə təsdiqlənmədiyini etiraf edirlər.
Tədqiqatçılar ümumilikdə 2701 müşahidə aparsalar da, quşların qadınlara qarşı daha ehtiyatlı davranmasının səbəbini müəyyən edə bilməyiblər. Mütəxəssislərin fikrincə, bu kəşf quşların insanların özlərinin belə fərqinə varmadıqları incə fərqləri sezə bildiyini göstərir. Bu fenomenin sirrini açmaq üçün əlavə tədqiqatlar aparılmalıdır.
Hüseyn İbadlı
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü






.jpg)











.png)


















