Ekologiya
Yaponiyada 10 mindən çox insanı təxliyə edəcəklər
Yaponiyanın Xonsyu adasında yerləşən Vakayama prefekturasının hakimiyyət orqanları güclü yağışlar, daşqınlar və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar təxminən 13 min sakinə təxliyə olunmağı tövsiyə edib.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, tövsiyə ilk növbədə yaşlı sakinlərə şamil olunur.
Prefekturanın inzibati mərkəzi olan Vakayama şəhərində artıq subasma halları qeydə alınıb. Bəzi küçələrdə suyun səviyyəsi avtomobillərin təkərlərinədək yüksəlib.
Güclü yağışlara səbəb Çin sahillərindən Yaponiyaya doğru hərəkət edən "Çampi" güclü tayfununun yaxınlaşmasıdır. Tayfun saatda təxminən 20 kilometr sürətlə irəliləyir.
Qeyd edək ki, tayfun daha əvvəl Tayvana təsir edib. Mövcud məlumatlara görə, təbii fəlakət nəticəsində bir nəfər ölüb, 610-dan çox insan xəsarət alıb.
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO




































