Sabah hava yağmursuz keçəcək
Bizi izləyin

Ekologiya

Sabah hava yağmursuz keçəcək

Sabah hava yağmursuz keçəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirlib ki, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq.
Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 17-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm