Elm və təhsil
Müəllimlərin işə qəbulunda YENİLİK
“Müəllimlərin işə qəbul və yerdəyişməsində bu il bir sıra yeniliklər tətbiq ediləcək. Ötən il keçid balını toplayan namizədlər bu il həmin nəticələrlə vakansiya seçimi mərhələsində iştirak edəcəklər”.
Publika.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bundan sonra hər il namizədlərin nəticələri 1 il qüvvədə saxlanılır: “Həmin şəxslər vakansiya yerləşdirdiyi halda birbaşça müsahibə mərhələsinə buraxılacaqlar”.
E.Bağırov onu da vurğulayıb ki, bu il yeniliklərdən biri bəzi müəssisələrə müsabiqədənkənar müəllimlərin işə qəbul edilməsidir:
“Həmin müəllimlərin təyinatını müəssisələr Təhsil Nazirliyi ilə razılaşdırmaqla qəbul həyata keçirəcəklər. Bu müəssisələrin sayı ondur, onlar Təhsil Nazirliyinin tabeliyindədir. Bu müəssisələrin seçimi zamanı onların akademik göstəriciləri nəzərə alınıb. Akademik göstəricilər dedikdə, həmin müəssisələrin məzunlarının ali məktəblərə qəbul imtahanlarındakı göstəriciləri, ölkə daxili və beynəlxalq olmpiada göstəriciləri nəzərə alınır. Gələcəkdə də nazirliyin tabeliyində olmayan bu cür yüksək akademik göstəriciləri olan təhsil müəssisələrinə də belə səlahiyyət verilə bilər. Bu müəssisələrə qəbul olunacaq müəllimlərin mərkəzləşmiş imtahanda iştirakına ehtiyac yoxdur, sadəcə göstəriciləri Təhsil Nazirliyinə təqdim ediləndən sonra müvafiq komissiya tərəfindən araşdırılacaq. Bu cür işə qəbul ediləcək müəllimlərə tələblər daha yüksək olacaq. Yalnız müsabiqədə ən yüksək göstəricilərinin olması mütləq deyil.
Qeyd edim ki, ötən il müəllimlərin işə qəbul imtahanında rekord sayda - 27 min müəllim iştirak edib. Onlardan 36 baldan yuxarı nəticə göstərənlər bu il həmin göstəricilərlə vakansiya seçim mərhələsində iştirak edə biləcəklər. Bu müəllimlərin sayı dəqiq bəlli olmasa da, 48 baldan yuxarı nəticə göstərən müəllimlərin sayı 5 mindən çoxdur”.
E.Bağırovun sözlərinə görə, bu il peşə məktəblərinə müəllimlərin qəbulunda da yeniliklər olacaq: “Ötən il Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Bu müəssisələrə də müəllimlərin işə qəbulu birbaşa müsabiqə yolu ilə həyata keçirildi. Bu il həmin namizədlər məhz bu agentlik tərəfindən işə qəbul ediləcək. Bu namizədlərin imtahanda müvafiq keçid balını toplaması tələb edilir".
Gülxar
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR