Elm və təhsil
Məktəbəhazırlıq qruplarında tədris planı və tətil günləri açıqlandı
Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupları üçün tədris (məşğələ) planının təsdiqi barədə təhsil naziri əmr imzalayıb.
Publika.az xəbər verir ki, dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır. Məktəbəhazırlıq məşğələləri həftədə 4 (dörd) gün keçilir. Bir gün ərzində 3 (üç) məşğələ tədris olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırıqları nəzərdə tutulmur. Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət və tədris olunan mövzu müvafiq sinif jurnalında qeyd edilir, uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndirilir və bu barədə valideynlərə məlumat verilir. Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı və müəyyən iş təcrübəsinə malik müəllim tərəfindən aparılır. Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür: - I yarımil: 1 oktyabr-26 yanvar; - II yarımil: 1 fevral-31 may. Dərs ili ərzində - 5 gün payız tətili (16-20 noyabr); - 5 gün qış tətili (27-31 yanvar); - 5 gün əlavə tətil (1-5 may) müəyyən edilib.
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi


















.jpg)





.jpg)















