Musa Yaqubun “Gül bağçası” kitabının təqdimatı olacaq
Bizi izləyin

Elm və təhsil

Musa Yaqubun “Gül bağçası” kitabının təqdimatı olacaq

Musa Yaqubun “Gül bağçası” kitabının təqdimatı olacaq

Bakı Ekspo Mərkəzdə keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisinin "SOCAR təqdimat zonası"nda Musa Yaqubun “Gül bağçası” kitabının təqdimatı olacaq.

Publika.az-a bu barədə tədbirin təşkilatçıları məlumat verib. Təqdimat mərasiminin təşkilatçıları bu münasibətlə Musa Yaqubun ölməz poeziyasının pərəstişkarlarına müraciət ediblər. Müraciətdə qeyd edilir ki, təqdimat mərasimində “Gül bağçası” kitabının təqdim edilməsi ilə bərabər böyük şairin poetik dünyası haqda çıxışlar ediləcək, xatirələrdən danışılacaq, şairin ədəbiyyat tariximizdə silinməz izlər qoymuş şeirlərindən nümunələr səsləndiriləcək.

Təşkilatçılar hamını bu poeziya bayramına dəvət ediblər.

Tədbir 22 oktyabr 2026-cı il tarixində saat 13.00-da başlayacaq.

Xatırladırıq ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi Bakı Ekspo Mərkəzdə 21 oktyabrdan 27 oktyabr qədər keçiriləcək.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm