Elm və təhsil
Venera Günəşlə Yer arasından bu ay keçəcək: Növbəti fürsət 2028-ci ildə olacaq
Oktyabrın 24-də Venera ilə Günəş arasında aşağı birləşmə hadisəsi baş verəcək. Bu zaman planet Yerlə Günəşin arasından keçərək onlarla eyni xətt üzərində yerləşəcək.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Belə düzülüş orta hesabla hər 584 gündən bir baş verir. Sonuncu dəfə 2025-ci ilin martında müşahidə edilən hadisə növbəti dəfə yalnız 2028-ci ildə təkrarlanacaq.
Birləşmə zamanı Venera Yerə ən yaxın məsafəyə - təxminən 40 milyon kilometrə qədər yaxınlaşır. Müqayisə üçün, planet Yerdən ən uzaq mövqedə olduqda bu məsafə 260 milyon kilometrə çatır.
Lakin məsafənin azalmasına baxmayaraq, Veneranı hazırda adi gözlə görmək mümkün deyil. Planet Günəşə çox yaxın yerləşir və onun işıqlanmayan tərəfi Yerə baxır.
Veneranı Yerdən müşahidə etmək noyabrın ikinci həftəsindən mümkün olacaq. Həmin vaxt planet sübh çağı “səhər ulduzu” kimi görünməyə başlayacaq. Noyabrın sonunda isə Venera maksimum parlaqlığına çataraq Ay istisna olmaqla gecə səmasının ən parlaq obyekti olacaq.
Hələlik planetin hərəkətini kosmik koronoqrafların çəkdiyi görüntülər vasitəsilə izləmək mümkündür.
Qeyd edək ki, bir gün əvvəl Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu Günəşdən Yer istiqamətində protuberans atıldığını açıqlayıb. Tac dəliyindən gələn sıx və sürətli Günəş küləyi səbəbindən geomaqnit indekslərinin yüksək səviyyədə qaldığı bildirilib.
Müəllif: Adəm
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı

























.jpg)













