Bu il birinci sinfə gedən jurnalist övladları - FOTOLAR
Bizi izləyin

Elm və təhsil

Bu il birinci sinfə gedən jurnalist övladları - FOTOLAR

Bu ilki tədris ili “Ümumi təhsildə keyfiyyət ili elan” edilib. Yeni tədris ilində Respublika məktəblərində bütün siniflər üzrə təhsil alacaq şagirdlərin ümumi sayı 1.445.049 nəfər olaraq qeyd olunub. Yalnız Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 395 773 şagird təhsil alacaq. Ölkə üzrə isə yalnız 1-ci sinifə gedən şagirdlərin sayı 164 945 nəfərdir. Paytaxtın ümumi təhsil məktəbləri üzrə 1-ci siniflərində 46 000-dən çox uşağın təhsil alacağı gözlənilir.

2017-2018-ci dərs ilində 212 məktəbdə 499 təmayül sinfin təşkil olunması nəzərdə tutulub.

2017-2018-ci dərs ilinə hazırlıq çərçivəsində paytaxtdakı 20 nömrəli məktəb-lisey və 306 nömrəli məktəb üçün yeni binalar inşa olunub, 10, 74, 171, 201, 212 nömrəli məktəblər, 62 nömrəli məktəb-lisey və 268 nömrəli xüsusi təhsil müəssisəsi əsaslı təmir edilib. Daha 9 məktəbdə cari təmir işləri görülüb. Təhsil müəssisələri 2017-2018-ci tədris ili üçün 130 ədəd kompüter və noutbuk, 3629 dəst parta, 444 ədəd printer və surətçıxaran, 40 təhsil müəssisəsi müasir tipli hərbi kabinetlə təmin olunub.

Publika.az xəbər verir ki, bu gün birinci sinifə gedən balacalar arasında media nümayəndələrinin də uşaqları var.

1. “Axar.az” saytının baş redaktoru Anar Niftəliyevin qızı İnci.

2. Publika.az saytının redaktoru Zaur Həsənəliyevin qızı Zəhra.

3. Hafta.az saytının əməkdaşı Naibə Qurbanovanın oğlu Sədi.

4. APA İnformasiya Agentilinin əməkdaşı Aqşin Rafiqoğlunun qızı Zəhra.

5. “Bakı-xəbər” qəzetinin müxbiri Vidadi Ordahallı qızını ilk dəfə məktəbə yola salıb.

6. Fransızdilli “Le Carrefour” qəzetinin baş redaktoru Zeynab Kazımovanın oğlu Yusif.

7. Dövlət Fitosanitar Nəzarət Xidmətinin mətbuat katibi Rövşən Ziyanın oğlu Ömər.

8. Report.az-ın əməkdaşı Namiq Hüseynov qızı Fidan.

9. “Azərxalça” ASC-nin mətbuat katibi Ləman Ələşrəfqızının qızı Nilufər.

10. Yeniçağ.az-ın əməkdaşı Araz Zeynalovun oğlu Ramal.

11. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Rəvan Soltanovun oğlu Harun.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm