Elm və təhsil
"Azercell" Qərbi Kaspi Universitetində tələbələrə dəstək oldu
Azercell Telekom MMC ölkəmizdə keçirilən karyera sərgilərində iştirakını davam etdirir. Şirkətin əməkdaşları bu dəfə martın 10-da Qərbi Kaspi Universitetində baş tutan karyera sərgisində tələbə və məzunlara dəstək olublar. 50-dən çox nüfuzlu şirkətin iştirak etdiyi tədbirdə Azercell öz kreativ stendi ilə seçilib. Şirkətin İnsan Qaynaqları Departamentinin nümayəndələri Azercell-ə işə qəbul olmaq istəyən məzunlar üçün informasiya sessiyaları təşkil edib və şirkətdə mövcud olan vakansiyalar barədə sərgi iştirakçılarını məlumatlandırıblar. İşə qəbul şöbəsinin əməkdaşları Azercell-ə işə qəbul və şirkətin elan etdiyi Tələbə Təqaüdü və Təcrübə proqramları haqqında məlumat veriblər, eyni zamanda məzunları maraqlandıran sualları cavablandırıblar.
Tələbələr mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlər isə öz növbəsində potensial kadrların seçimini aparmaq imkanı qazanıblar.
Qeyd edək ki, sərgi çərçivəsində gənclər üçün “Karyera uğurunda bədən dilinin rolu” mövzusunda təlim də təşkil edilib. Tədbirin keçirilməsində məqsəd - öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə məsləhətlər vermək, onlara gələcək karyeralarını qurmaqda yardım etməkdir.
Məlumat üçün bildirək ki, Azercell Telekom daim istedadlı gənclərə dəstək olur. Şirkət ötən il ITECA və Təhsil Nazirliyi tərəfindən təşkil olunan 12 Beynəlxalq Karyera Sərgisində iştirak edib.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı