Elm və təhsil
Bu sözlərin yazılışı DƏYİŞDİ - SİYAHI

Azərbaycan Milli Elmlər Akademiyasında Orfoqrafiya Komissiyasının Orfoqrafiya qaydalarına edilən dəyişikliklər açıqlanıb.
Dilçilik İnstitutunun mətbuat xidmətinin rəhbəri Təranə Şükürlünün Publika.az-a verdiyi məlumata görə, Avropa dillərindən alınma sözlərdə söz əvvəlində qoşa s samitlərindən birinin düşməsi təklif qəbul edilib. Bundan sonra “ssenari”, “ssuda” kimi sözlər, “senari”, “suda” kimi, Avropa dillərindən alınma sözlərdə söz sonunda qoşa s samitlərindən biri düşəcək. “boss”, “brass”, “ekspress”, “stress”, “trass” kimi sözlər “bos”, “bras”, “ekspres”, “stres”, “tras”və s. Kimi yazılacaq.
“Anti... ön şəkilçisi və trans, proto morfemlərinin xüsusi isimlərlə birləşməsi qaydası da dəyişib. Bu ön şəkilçi və mürəkkəb sözlərin hissəcikləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə başlayacaq. Məsələn, anti-Rusiya, trans-Asiya, trans-Avropa, trans-Avrasiya, trans-Qafqaz, proto-Azərbaycan və s.
Qeyri və ümum morfemləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə başlayacaq. Məsələn, qeyri-Avropa, ümum-Azərbaycan, ümum-Avropa,ümum-Bakı, ümum-Rusiya, və s. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılacaq”.
T.Şükürlünün sözlərinə görə, tərkibində lisey, gimnaziya, vəqf,
məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlarda ilk söz böyük,
sonrakı sözlər kiçik hərflə yazılacaq. Məsələn, Avropa liseyi,
Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət
məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi, BDU-nun Filologiya
fakültəsi, Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik
şöbəsi.
Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə,
sonrakı söz kiçik hərflə yazılır: Azərbaycan Respublikasının
Əməkdar müəllimi, Azərbaycan Respublikasının Əməkdar incəsənət
xadimi, Azərbaycan Respublikasının Xalq şairi və s.

-
İdman22:48
“Demək olar ki, mən ən xoşbəxt baş məşqçiyəm”
-
Sosial22:24
Nikah mərasimlərinə Prezident qatıldı - VİDEO
-
Hadisə20:12
İnək şirniyyat mağazasına HÜCUM ÇƏKDİ: yaralı var - VİDEO
-
Hadisə20:00
Naxçıvan-Bakı sərnişin avtobusu dərəyə aşdı: çox sayda yaralı var - YENİLƏNDİ
-
Kriminal19:12
Goranboyda daha bir AİLƏ FACİƏSİ
-
Avropa18:36
Daha bir soydaşımız Ukrayna uğrunda ŞƏHİD OLDU - FOTO
-
Səhiyyə17:00
Süni mayalanmanın bahalı sınağı: Hər klinika istədiyi qiyməti tətbiq edir
-
Sosial13:36
“Kartdan-karta” ödənişin yaratdığı təhlükə: Uduzan kim olur?