İdman
“Demək olar ki, mən ən xoşbəxt baş məşqçiyəm”

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində səfərdə “Sabah”a 0:2 hesabı ilə uduzub.
Publika.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Qələbə münasibətilə bütün “Sabah” ailəsini, azarkeşləri təbrik edirəm. Bu qalibiyyəti əldə etmək üçün çox çalışdıq. Bu qələbəni “Turan Tovuz” kimi komandalara qarşı qazanmaq bizim üçün daha dəyərlidir. Rəqib müdafiə cəhətdən çox yaxşı təşkil olunmuş komandadır. Ona görə də bizim qələbəmiz daha anlamlı olur. Onlar bizim qapımızda təhlükəli vəziyyət yarada bilmədilər. Bunun amil bizim üçün sevindiricidir. 2-ci hissədə təzyiqimizi daha da artırdıq və nəticəsində 2 qol vuraraq qələbəni əldə etdik. Qələbə qazanmağımıza baxmayaraq daha çox inkişaf etməliyik. Bəzi nöqtələrdə çatışmazlıqlarımız var. Mövqe hücumlarında daha da artırmalıyıq”.
– “Sabah” iddialı rəqiblərə qarşı daha yaxşı oyun və nəticə göstərir. Bir qədər zəif komandalara qarşı isə tam əksinə…
– Sizin də qeyd etdiyiniz kimi, iddiası az olan komandalara qarşı oynamaq daha çətindir. Azərbaycana gəlməmişdən öncə də bu amili bilirdim. Müdafiə futboluna daha çox önəm verən və çox futbolçu ilə öz qapısına daha yaxın oynayan komandalara qarşı nəticə qazanmaq da çətindir. Lakin bu cəhətdən bizim də üzərimizə yük düşür. Çox işləməliyik və çıxış yolları axtarmalıyıq.
– Yeni transferlərdən razısınızmı?
– Demək olar ki, mən ən xoşbəxt baş məşqçiyəm. Çünki hər oyunçum öz üzərində daha çox inkişaf etmək istəyirlər. Mən bütün futbolçularımdan razıyam.

-
Qoroskop00:00
Günün ULDUZ FALI - Yanlış anlaşılmalar ola bilər
-
Sosial20 Sentyabr 23:24
AZTV-nin sabiq sədri VƏFAT ETDİ - FOTO
-
Sosial20 Sentyabr 23:12
Polkovnik-leytenantın dəfn yeri məlum oldu - YENİLƏNDİ
-
İdman20 Sentyabr 22:48
“Demək olar ki, mən ən xoşbəxt baş məşqçiyəm”
-
Sosial20 Sentyabr 22:24
Nikah mərasimlərinə Prezident qatıldı - VİDEO
-
Hadisə20 Sentyabr 20:12
İnək şirniyyat mağazasına HÜCUM ÇƏKDİ: yaralı var - VİDEO
-
Hadisə20 Sentyabr 20:00
Naxçıvan-Bakı sərnişin avtobusu dərəyə aşdı: çox sayda yaralı var - YENİLƏNDİ
-
Kriminal20 Sentyabr 19:12
Goranboyda daha bir AİLƏ FACİƏSİ