Nəticələr AÇIQLANDI: sentyabrın 6-dək...
Bizi izləyin

Elm və təhsil

Nəticələr AÇIQLANDI: sentyabrın 6-dək...

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan edilib. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, təsviri incəsənət və musiqi fənləri üzrə müsahibə mərhələsində iştirak hüququ qazanan qeyri-pedaqoji ixtisaslı namizədlər tutduqları vakant yerə müddətli müqavilə əsasında işə qəbul olunublar.

Müsabiqədə uğur qazanmış şəxslər sentyabrın 6-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm