Elm və təhsil
"Virtual məktəb" layihəsindən istifadə edənlərin sayı açıqlandı
Martın 3-dən etibarən tədris dayandırıldı. Bizim əsas məqsədimiz təhsil alanların təhsil alması üçün ən uyğun şəraiti yaratmaq idi.
Publika.az xəbər verir ki, bunu Təhsil Naziri Ceyhun Bayramov Operativ qərərgahın brifinqində deyib:
"Mart ayından etibarən "Mədəniyyət" televiziyasında teledərslərə start verildi. Hər növbəti həftə bu dərslərin əhatəliyi genişləndi. Məktəbdən kənar və məktəbəqədər təhsillə bağlı dərslər, peşə təhsili ilə bağlı dərslər layihəyə əlavə edildi. Aprelin 28-də bu layihədə 1000-ci buraxılışın efirə getməsi planlaşdırılır. Bu layihədən 1 milyon 600 min şagird yararlanıb" .
O bildirib ki, Azərbaycan bu addımı atan ilk dövlətlərdəndir. Digər ölkələr Azərbaycan təcrübəsindən istifadə edərək, bir ay sonra bu layihəyə başladılar: "Eyni zamanda, "Vitural məktəb" layihəsi istifadəyə verildi. Məktəb proqramına uyğun olaraq bu layihədə şagird və müəllimlər arasında ünsiyyət yarandı. Bu günə qədər 600 şagird və 50 müəllim bu platformadan istifadə edir. Bu sistemdə onlayn yarışlar, ölkə çempionatları, intellektual oyunlar həftəlik əsasla həyata keçirilir".
Nazir əlavə edib ki, “Azercell” şirkəti “Virtual məktəb” layihəsində qeydiyyatdan keçən müəllimlər üçün güzəştli internet paketi təqdim edir:
“Bununla bağlı digər mobil operatorlara da müraciət edilib. Yəqin ki, onlardan da müsbət cavab alacağıq”.
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO




































.jpg)


