Elm və təhsil
Onlayn dərslər keçməyən müəllimlərə əməkhaqları veriləcəkmi? - AÇIQLAMA
Təhsil Nazirliyi “Virtual məktəb” (www.virtual.edu.az) portalında qeydiyyatdan keçməyən və şagirdlərə onlayn dərslər keçməyən müəllimlərə əməkhaqlarının verilməyəcəyi ilə bağlı məlumatlara münasibət bildirib.
Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdirinin müavini Orxan Abbasov bu məlumatın düzgün olmadığını söyləyib:
“Müəllimin portalda (www.virtual.edu.az) qeydiyyatdan keçməsi ilə onun əməkhaqqısı arasında heç bir əlaqə yoxdur. Bu portal müəllim və şagirdlər üçün yaradılan əlavə imkandır. Əgər müəllim dağ kəndində yaşayırsa, onun kompüter və interneti yoxdursa, o, dərslərə necə qoşula bilər?! Biz buna görə müəllimlərin əməkhaqlarını kəsə bilmərik. Bu məsələ müzakirə mövzusu da deyil”.
Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar bütün təhsil müəssisələrində təlim-tədris prosesi dayandırıldığından Təhsil Nazirliyi tərəfindən aprelin 2-dən "Virtual məktəb" layihəsinə start verilib. Layihənin məqsədi Nazirliyin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir. Portalda qeydiyyatdan keçən müəllimlər şagirdlərinə onlayn dərslər də keçə bilirlər. (trend)
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)



























.jpg)
.jpg)

