Elm və təhsil
I, V və IX siniflər üçün dərsliklər yenidən hazırlanacaq
Bu il ümumtəhsil müəssisələrinin I, V və IX sinif şagirdləri üçün dərsliklər yenidən təkmilləşdirilərək hazırlanacaq.
Bu barədə Təhsil Nazirliyindən cavab olaraq bildirilib.
Nazirlikdən qeyd edilib ki, V sinif üçün bəzi dərsliklər isə bu tədris ilində ilk dəfə şagirdlərin istifadəsinə veriləcək.
Bu il I siniflər üçün "Azərbaycan dili (tədris dili)", "Riyaziyyat", "Azərbaycan dili (dövlət dili)", "İngilis dili (Happy Campers)", "Musiqi", "Texnologiya" və "Həyat bilgisi" dərslikləri yenidən hazırlanaraq nəşr ediləcək. Bunlardan yalnız “Azərbaycan dili” (tədris dili) və “Riyaziyyat” dərslikəri bu il ilk dəfə olaraq, 2 hissəli nəşr ediləcək. Dərsliyin birinci hissəsi tədris ilinin birinci rübünü, ikinci hissəsi 2-ci rübünü əhatə edəcək. Musiqi və Texnologiya dərslikləri isə yeni hazırlanıb. Bu fənnin tədrisi bu vaxta qədər müəllim üçün metodik vəsaitlər əsasında həyata keçirilirdi.
V siniflər üçün isə bu il "Azərbaycan dili (dövlət dili)", "Rus dili (əsas xarici dil)", "Rus dili (ikinci xarici dil)", "İngilis dili (əsas xarici dil)", "İngilis dili (ikinci xarici dil)" və "Fiziki tərbiyə" dərslikləri yenidən hazırlanaraq, nəşr ediləcək. 5-ci siniflər üçün "Rus dili (ikinci xarici dil)", "İngilis dili (ikinci xarici dil)" və "Fiziki tərbiyə" dərslikləri ilk dəfədir ki, bu il tərtib edilir. (trend)
-
İdman22:18Messidən sonra Argentinanın 10 nömrəsi kim olacaq? - Namizədlər açıqlandı
-
Kriminal20:12Bakıda məktəbli bıçaqlandı: Sinif yoldaşı saxlanıldı - Yeniləndi
-
İdman19:50Arda Gülər tarix yazdı: 100 milyon avroluq ilk türk futbolçu
-
Ekopublika.az19:30Bakıda yeni tikili mənzillər bahalaşdı: Ən böyük artım bu rayonda oldu
-
Magazin119:2015 min manat qalmaqalı: Alim Qasımovdan Pünhan Piriyevin iddiasına reaksiya
-
Rəsmi xronika19:10İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika16:22Prezidentdən övladlığa götürülmə ilə bağlı fərman
-
Magazin115:36Aygün o sözü ilə üzünə deyib ki, səni saymır, tanımır...






.jpg)














.jpg)
















.jpg)
