Elm və təhsil
BDU distant təhsilin təşkili üçün tam hazırdır
Bakı Dövlət Universiteti (BDU) 2020/2021-ci tədris ilinə hazırlıq işlərini uğurla başa çatdırıb.
BDU-dan Publika.az-a bildirilib ki, pandemiya dövründə distant (məsafədən) təhsilin təşkilində qarşıya çıxacaq problemlərin qarşısını almaq məqsədilə “Microsoft Teams” platformasından istifadədə çətinlik çəkən professor-müəllim heyətinin bəzi üzvləri üçün xüsusi proqram əsasında onlayn formada təlimlər təşkil edilib. Təlimlər bütün fakültələrdə tyutor əməkdaşlar tərəfindən keçirilib, bütün müəllimlərin iştirakı təmin edilib.
Təlimlər bu mövzuları əhatə edib: “MS Office” və “Windows” proqramları haqqında ümumi məlumat, təqdimatların hazırlanması və ekran paylaşımlarının təşkili, test tapşırıqlarının hazırlanması və paylaşılması, dərsin təşkili və idarə edilməsi, elektron jurnal, tədris fayllarından sinxron və asinxron istifadə işinin təşkili.
Qeyd edək ki, BDU-nun rəhbərliyi professor-müəllim heyətinin müasir informasiya-kommunikasiya texnologiyaları vasitələrindən istifadə bacarıqlarının inkişafını diqqət mərkəzində saxlayır və onların İKT biliklərinin təkmilləşdirməsi üçün mütəmadi tədbirlər həyata keçirir. Eyni zamanda, universitetdə onlayn təhsilin təşkilinin texniki təminatını həyata keçirən, yarana biləcək texniki problemlərin həlli ilə məşğul olan texniki heyət gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR









.jpg)



.jpg)

.jpg)



.jpg)





















