Elm və təhsil
"Qara sözləri" ana dilimizdə oxumaq mümkün oldu
Mahmud Kaşqari adına Beynəlxalq Fondun "İRS" seriyasında böyük qazax şairi Abay Kunanbayevin bütün şeirlərinin, poemalarının və "Qara sözləri"nin Azərbaycan dilinə tərcüməsindən ibarət kitabı nəşr olunub.
Publika.az xəbər verir ki, kitabdakı tərcümələr ilk dəfə olaraq qazax dilindən Azərbaycan dilinə uyğunlaşdırılıb. Tərcümələr Elxan Zal Qaraxan və İbrahim İlyaslıya məxsusdur.
"Qazax xalqının dan ulduzu" adlı "Ön söz"ün müəllifi Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevadır. Rəyçi və "Abayın əsərlərinin Azərbaycan nəşri barədə" yazının müəllifi filologiya elmləri doktoru, professor Knyaz Mirzəyevdir. Külliyyatın məsləhətçiləri professorlar Sabit Dosanov və İmdat Avşar, redaktorları Əkbər Qoşalı və Əfqan Nəsirlidir.
Kitabın ilk səhifələrində professor Akılbek Şayaxmetin "Tərcümələrdə Abayın taleyi" araşdırması da yer alıb. 448 səhifəlik nəşrin "Birinci kitab" bölməsinə "Şeirlər və poemalar", "Son illərdə tapılan şeirləri", "Mənzum dastanlar" və "İkinci kitab" bölməsinə 45 dənə "Qara sözlər" cəm olunub.
Rəhbəri Elxan Zal Qaraxan olan "İRS" seriyasından Nursultan Nazarbayev, Oljas Suleymenov, Sabit Dosanov, Berik Şaxanov kimi qazax müəlliflərinin kitabları da işıq üzü görüb.
-
Region02:19ABŞ dronlarla hücuma keçdi? - Qeşm adasında partlayış səsləri eşidildi
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması








.jpg)



.webp)


















.jpg)
.jpg)


