Region
Moskvadan qeyri-adi siqnal: Rusiya Zəngəzur dəhlizinə girir - Regionda nə baş verir?
Moskva ABŞ-ın Cənubi Qafqazda yeni nəqliyyat arteriyası qurmaq planlarına cavab olaraq qeyri-adi bir siqnal verib.
Publika.az xəbər verir ki, bu barədə Macarıstanın "Világgazdaság" nəşri məlumat yayıb.
Bildirilir ki, bu siqnal Rusiyanın Amerika infrastruktur layihəsində iştirak etməyi nəzərdən keçirmək istəyi ilə bağlıdır.
Qeyd olunur ki, ABŞ əvvəllər "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) adlı təşəbbüsün başladığını elan edib. Layihə Ermənistan və Azərbaycan arasında İran sərhədi yaxınlığından keçən dəmir yolu xətti boyunca avtomobil, dəmir yolu və neft-qaz infrastrukturunun yaradılmasını nəzərdə tutur.
Macarıstan müşahidəçilərinin fikrincə, Rusiyanın bu təşəbbüsə reaksiyası gözlənilməz olub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın layihəyə qoşulmağı nəzərdən keçirməyə hazır olduğunu bildirib, lakin qərarın yalnız bütün parametrlər və şərtlər ətraflı araşdırıldıqdan sonra verilə biləcəyini vurğulayıb.
Macarıstan mətbuatı yazır ki, bu, adi bir investisiya deyil. Rusiya-Amerika münasibətlərinin hazırkı vəziyyəti nəzərə alınmaqla, Rusiyanın ABŞ-ın təşəbbüsü ilə həyata keçirilən layihədə potensial iştirakı qeyri-adi görünür.
Macarıstanda düşünürlər ki, belə bir bəyanatın özü bir siqnal hesab edilə bilər. Tərəflər razılığa gələ bilsələr, bu, Cənubi Qafqazın nəqliyyat konfiqurasiyasında əhəmiyyətli dəyişikliklərə və bölgədə təsirin yenidən bölüşdürülməsinə səbəb ola bilər.
Avropalı analitiklər hesab edir ki, Moskva Vaşinqtonun irəli sürdüyü genişmiqyaslı infrastruktur layihəsinə qoşulmaqla regiondakı zəifləmiş mövqeyini kompensasiya etməyə çalışır.
Adəm
-
İdman11:48Tanınmış futbolçunun ilham pərisi: Onlar 2026-cı ili unutmayacaqlar - FOTOLAR
-
Nida Təhlil 10:48Abramyanın yeri uğrunda mübarizə - Kreml kimə “yaşıl işıq” yandıracaq?
-
Avropa10:36Ərdoğan Almaniyanı xəbərdar etdi: Avropa dağılacaq
-
Nida Xəbər 09:48Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...
-
MDB09:06Rusları və erməniləri təhqir edən “Donald Tramp” tapıldı: Tofiq İsmayılov saxlanıldı
-
Sosial08:49Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…
-
Nəqliyyat08:37Bakının bu yollarında tıxac var - Siyahı
-
Region06:16İranda qadınlar hərbi hazırlıq prosesinə cəlb olunur - Foto





















.jpg)














