Müəllim və tələbələrə vaksinasiya ilə bağlı güzəşt ola bilər - Ay ərzində...
Bizi izləyin

Elm və təhsil

Müəllim və tələbələrə vaksinasiya ilə bağlı güzəşt ola bilər - Ay ərzində...

Təhsil Nazirliyi təhsil işçilərinin oktyabrın 1-dək yox, bütün ay ərzində hər iki peyvəndin dozasını qəbul edə bilməsi təklifini verib.

Bunu bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, təhsil işçilərinin 84 faizinin vaksinasiyası yekunlaşıb. Vaksinasiya prosesini sürətləndirmək üçün 5 vaksinasiya məntəqəsi yaradılıb: “Təhsil işçiləri rahat şəkildə gəlib burada vaksin vurdura bilərlər.

Hesab edirik ki, təhsil işçiləri və tələbələrə əlavə imkan veriləcək ki, ay ərzində koronavirus əleyhinə vaksinin hər iki dozasını qəbul edə bilsinlər. Hazırda bu istiqamətdə müzakirələr davam edir. Daha dəqiq məlumatlar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq".

Qeyd edək ki, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq.

Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Hazırki qərara əsasən, 1 oktyabr tarixindən etibarən bütün təhsil müəssisələrində işçilərin, ali və orta-ixtisas təhsili müəssisəsində isə təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin hər iki doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm