Elm və təhsil
Bəzi məktəblərdə DƏRSLİKLƏR çatışmır: SƏBƏB nədir?
“Hər il may ayından etibarən növbəti tədris ili üçün məktəblərdə şagirdlərin sayına uyğun dərsliklərin təminatı ilə bağlı proqnozlaşdırma aparılır və bu barədə Elm və Təhsil Nazirliyinə məlumat verilir”.
Bu sözləri Publika.az-a söyləyən təhsil eksperti Elşən Qafarov bildirdi ki, nazirlik isə hər il toplanmış məlumatlar əsasında 200 addan çox kitabı yüz minlərlə tirajla çap etdirir:
“Avqustun sonuna qədər verilmiş proqnoza uyğun olaraq dərsliklər məktəblərə çatdırılır. Buna görə burada problem olmamalıdır”.
Ekspert hesab edir ki, hazırda məktəblərdə yaranın dərslik probleminin səbəbkarı məktəb direktorudur:
“Deməli, direktor proqnozlaşdırmanı düzgün aparmayıb, ya da topladığı məlumatları yuxarı istansiyaya vaxtında təqdim etməyib. Bu səbəbdən yerdəyişmə, yaxud yeni şagirdlərin qəbulu nəticəsində ayrı-ayrı siniflər üzrə dərsliyə ehtiyacı ödəyə bilmirlər. Bu problemin yaşandığı məktəbin direktoru vaxtında aidiyyatı qurumlara müraciət etməli, problemi qısa müddətdə aradan qaldırmalıdır”.
Dərs vəsaitinin istifadə müddətinin 5 il olduğunu söyləyən E.Qafarov onu da vurğuladı ki, dərsliyin itməsi ilə bağlı problem yarana bilər:
“Çox güman ki, direktorlar buna nəzarət edə bilmir. Ümumtəhsil məktəblərinin Əsasnaməsinə uyğun olaraq, kitab itirildikdə valideyn iclası çağırılır, dərsliyini itirmiş şagirdin valideyninə bu barədə məlumat verilir. Bu halda valideyn itirilmiş kitabın 10 misli məbləğində məktəbə ödəniş etməlidir. Bunun üçün bütün dərsliklərin vaxtında və düzgün uçotu aparılmalıdır”.
Rövşən Ziya
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





