Elm və təhsil
Keçid balları nə üçün aşağı düşüb? - RƏSMİ CAVAB / VİDEO
İki gün öncə ali məktəblərə qəbulun nəticələri açıqlanıb.
Publika.az xəbər verir ki, ali məktəblərə qəbul olunanların sevinci öz yerində, imtahan nəticələri bəzi müzakirələrə yol açıb. Əvvəlki illərdə keçid balı yüksək olan bəzi ixtisaslara qəbul nisbətən asanlaşıb.
Bəs keçid ballarının azalmasının əsas səbəbi nədir?
Əmək bazarında yüksək tələbat olan ixtisasların balları da hər zaman yuxarı olub. Amma bəzi köhnəlmiş ixtisaslar var ki, onlar yavaş - yavaş tədris prosesindən çıxarılır. Müasir dövrün tələbləri ilə ayaqlaşmayan, yaxud nisbətən az gəlirli ixtisaslar üzrə keçid balları avtomatik olaraq azalır. Belə vəziyyətdə valideynlərin fikirlərini öyrənib mövcud vəziyyəti daha da aydınlaşdırmaq istədik. Hər halda, hazırlıq dövründə övladına yatırım edən, pul xərcləyən valideyn onun gələcək peşəsinin gəliri ilə də maraqlanır.
Dövlət İmtahan Mərkəzindən bu il bəzi ixtisas qruplarında balların azalması ilə bağlı "Xəzər Xəbər"ə bildirildi ki, bu il dövlət sifarişli yerlərin sayında artım var. Ona görə də dövlət sifarişli yerlərdə oxumaq imkanları daha da genişlənib, müəyyən ixtisaslar üzrə abituriyentlər ötən illərlə müqayisədə nisbətən aşağı bal ilə dövlət sifarişli yerlərdə oxumaq fürsəti əldə ediblər.
Gəldiyimiz qənaət budur ki, qabiliyyat tələb edən sahələr xaric, istənilən abituriyent seçimini ixtisasın aktuallığına və gəlirinə görə edir. Köhnəlməkdə olan, yaxud müasir dövrlə ayaqlaşmaq qabiliyyətini tədricən itirən ixtisaslar isə gənclərimizin diqqətini cəlb etmir.
-
Magazin124 Oktyabr 22:58Şahnaz Haşımova xəstəxanaya yerləşdirildi
-
Hadisə24 Oktyabr 20:48Erkən nikahın qarşısı alındı - Neftçalada
-
Nida Xəbər 24 Oktyabr 19:00Prezidentin yüksək vəzifə verdiyi Səfərov kimdir?
-
Rəsmi xronika24 Oktyabr 17:24Prezident generalı vəzifəsindən azad etdi - FOTO
-
Nida Xəbər 24 Oktyabr 17:07“Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək...” - Sirlər açılır
-
Dünya24 Oktyabr 15:40Şimali Kiprdə yeni prezident and içdi: Tufan Erhürman kimdir?
-
Magazin124 Oktyabr 13:57"Tamaşaçı da elə bilir ibadət edirəm” - Alim Qasımov
-
Region24 Oktyabr 13:20Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Çox yüksək səviyyədə...















.jpg)









.webp)











